Azərbaycanda iki nəfərin adı gənc istedadların “Qızıl kitabı”na yazılacaq

Azərbaycanda iki nəfərin adı gənc istedadların “Qızıl kitabı”na yazılacaq Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Mədəniyyət siyasəti
9 Oktyabr , 2014 09:30
Azərbaycanda iki nəfərin adı gənc istedadların “Qızıl kitabı”na yazılacaq
Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla musiqi sahəsində xüsusi istedadı olan iki şəxsin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq. Həmçinin, sərəncamla hər iki şəxs xüsusi aylıq təqaüdə layiq görülüblər.

Adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq şəxslər İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızıdır. Onların hər ikisi Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdidir.

Son xəbərlər

Orphus sistemi