Azərbaycan prezidenti Xalça Muzeyinin açılışında iştirak edib

Azərbaycan prezidenti Xalça Muzeyinin açılışında iştirak edib Çıxış edənlər birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.
Mədəniyyət siyasəti
103
26 Avqust , 2014 14:53
Azərbaycan prezidenti Xalça Muzeyinin açılışında iştirak edib
Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 26-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalça Muzeyinin açılışında iştirak ediblər. Report-un xəbərinə görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış ediblər.

Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən xalçalara baxıblar.

Son xəbərlər

Orphus sistemi