Aytən Mirzəyeva: "Qarabağın bərpası üçün beynəlxalq forum keçirməyi planlaşdırırıq"

Aytən Mirzəyeva: "Qarabağın bərpası üçün beynəlxalq forum keçirməyi planlaşdırırıq" İtaliyanın Venesiya şəhərinin San Clemente adasında UNESCO-nun bayrağı altında, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə  "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural tədbir keçirilib.
Mədəniyyət siyasəti
121
24 Sentyabr , 2021 15:26
Aytən Mirzəyeva: Qarabağın bərpası üçün beynəlxalq forum keçirməyi planlaşdırırıq

İtaliyanın Venesiya şəhərinin San Clemente adasında UNESCO-nun bayrağı altında, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural tədbir keçirilib.

"Report" xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində "Vasconi Architectes by Thomas Schinko" memarlıq şirkəti təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə bərabər azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və xarici universitetlərin tələbələri iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin baş memarlıq planı üçün həll yolunu tapmaq olub. Burada eyni zamanda dünyanın təcrübəli təlimçiləri müxtəlif mövzularda çıxışlar ediblər. Təqdimatın əvvəlində UNESCO Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək, UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Sözügedən tədbirdə dünyaca tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti, Cad Tabet, ALBA universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak ediblər.

Forumda həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. Millionaire Concept Network-un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahili geniş auditoriya üçün nitq söyləyib.

Konfransda eyni zamanda "Eurasia Analytics"in direktoru Gülmira Rzayeva, "Millionaire Concept Network"un Italiya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, "SnarkArt" şirkətinin icraçı direktoru Nadia Taiga və digər şöhrətli qonaqlar iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək, bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. "TheSuperWorld" virtual daşınmaz əmlak platformasının CEO'su və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacib olduğunu bildirib.

Bundan savayı Livanın məşhur sənətçisi Rudy Rahme qala gecəsində canlı performans nümayiş etdirib. Türk sənətçisi Özgə Günaydın isə "Küllərdən qalx" simvolunu yaradıb. Multikultural gecənin ən vacib məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, "Vasconi Architectes by Thomas Schinko" memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzəyevanın sözlərinə görə, gələcəkdə belə bir formatda forumu Gəncə şəhərinin Ermənistanın raket zərbələri ilə dağıdılan hissələrinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin bayrağı altında beynəlxalq səviyyədə keçirməyi düşünür.

Son xəbərlər

Orphus sistemi