Yazıçılar Birliyinin sədri qazaxıstanlı həmkarına məktub göndərib

Yazıçılar Birliyinin sədri qazaxıstanlı həmkarına məktub göndərib Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub göndərib.
Mədəniyyət siyasəti
412
7 Yanvar , 2022 17:45
Yazıçılar Birliyinin sədri qazaxıstanlı həmkarına məktub göndərib
Anar Rzayev

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Uluqbəy Esdövlət,

Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik".

Son xəbərlər

Orphus sistemi