Ayaz Salayev: "Torpaq" filmində tarixi faktların özü danışır"

Ayaz Salayev: "Torpaq" filmində tarixi faktların özü danışır" "Torpaq filminin çəkilişləri əsnasında yüz nəfəri danışdırdım, lakin bu yüz nəfərdən heç biri ermənilər haqqında yaxşı fikir demədi".
Mədəniyyət siyasəti
30 Mart , 2023 17:23
Ayaz Salayev: Torpaq filmində tarixi faktların özü danışır
Ayaz Salayev

"Ekran işində tarixçilər danışmır, xəritələr yoxdur. Bu kinoda tarixi faktların özü danışır".

Bu fikirləri Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Salayev "Report"a müsahibəsi zamanı deyib.

İncəsənət xadimi bildirib ki, filmin çəkilişləri əsnasında yüz nəfəri danışdırdım, lakin bu yüz nəfərdən heç biri ermənilər haqqında yaxşı fikir deməyib, bəlkə də bu cür hallar olub, lakin “Torpaq”da çəkilən insanların belə fikirlərinə rast gəlməyib:

"Onlardan bir nəfər də olsa demədi ki, məsələn, köçəndə ermənilərdən azərbaycanlılara kömək edən olub və s. Hansı ki, Sumqayıt hadisələri zamanı azərbaycanlılar erməniləri öz evlərində saxlayıb, onları qoruyublar".

"Mənə elə gəlir ki, film təkcə Azərbaycan kinosunda yeni mövzunun əsasını qoymur, eyni zamanda yeni forma, tarixi salnamə kimi özünə yer tutur. Çünki o, nə sənədli, nə bədii film, nə də televiziya verilişidir"-, o qeyd edib.

A.Salayev vurğulayıb ki, ekran işində tarixçilər danışmır, xəritələr yoxdur. Bu kinoda tarixi faktların özü danışır. Film çəkilərkən prinsipimiz belə olub ki, kim öz gözü ilə nə görübsə, onu danışıb:

"Ona görə “Torpaq” filmi tammetrajlı tarixi salnamədir. Çox istəyərdim ki, ölkəmizdə bu cür ekran əsərləri çox çəkilsin. Qərbi Azərbaycanla bağlı material çox azdır, lakin insanlar var. Filmdə çəkilən və dəhşətli faciələrin şahidi olan insanlardan bəziləri artıq dünyasını dəyişib. Ona görə də bu mövzunu diqqətdə saxlamaq lazımdır".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi