Yuxarı
    Bağlamaq

    Avropa Yayım Birliyi Krım tatarlarının deportasiyası haqqında mahnıda siyasi çalar görməyib

    Mahnının mətni Eurovision müsabiqəsinin qaydalarını pozmur

    Bakı. 10 mart. REPORT.AZ/ "Eurovision" mahnı müsabiqəsinin təşkiliylə məşğul olan Avropa Yayım Birliyi Ukrayna təmsilçisi Camalanın ifa etdiyi və Krım tatarlarının deportasiyasına həsr olunmuş mahnıda siyasi çalar tapmayıb.

    "Report" xəbər verir ki, bu barədə Avropa Yayım Birliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

    "Ekspertlər belə nəticəyə gəldi ki, mahnının adı və mətni siyasi məna daşımır və "Eurovision" müsabiqəsinin qaydalarını pozmur", - deyə bəyanatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi