Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək Bakı. 22 may. REPORT.AZ/ “Qalaaltı” kurortunda (Şabran rayonu) mayın 30-da Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçiriləcək.
Mədəniyyət siyasəti
22 May , 2018 12:19
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının növbəti toplantısı Azərbaycanda  keçiriləcək
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ “Qalaaltı” kurortunda (Şabran rayonu) mayın 30-da Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçiriləcək. 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, toplantıda 13 ölkədən 40-a yaxın mütəxəssis iştirak edəcək.

Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin şəhər və bələdiyyə rəhbərlərinin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, ölkəmizdə sağlamlıq-müalicəvi imkanlarına malik Naxçıvan Muxtar Respublikası, Şabran, Naftalan, Qəbələ, Xaçmaz, Quba, Qusar rayon və şəhərlərindən nümayəndələr də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkənin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Nazirliyin uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır. Bu əməkdaşlığın nəticəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası tərəfindən “Qalaaltı” kurortu (Şabran rayonu) assosiasiyanın “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub.

Xatırladaq ki, 19-20 oktyabr 2016-cı ildə İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının 2018-ci ilin mayında “Qalaaltı” kurortunda keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi