​Avropa İttifaqı uşaq rəsm müsabiqəsi təşkil edir

​Avropa İttifaqı uşaq rəsm müsabiqəsi təşkil edir Qaliblər mayın 25-də Aİ-nın Azərbaycandakı səfiri tərəfindən mükafatlandırılacaqdır
Mədəniyyət siyasəti
21 May , 2016 02:59
​Avropa İttifaqı uşaq rəsm müsabiqəsi təşkil edir

Bakı. 20 may. REPORT.AZ/ Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi uşaqlar üçün rəsm müsabiqəsi elan edir. 

"Report" xəbər verir ki, “Ətrafını kəşf et” adlı uşaq müsabiqəsində məqsəd rəsmlərlə Azərbaycanda uşaqların ətrafı neçə qavradıqlarını, nələrdən zövq alıb, nədən narahat olduqlarını göstərməkdir.

"Azərbaycanın çox zəngin mədəni irsi var, bu kimi müsabiqələr ətrafımızı kəşf etməyə və onu daha yaxşı anlamağa kömək edir. Müsabiqə Azərbaycanda gənc nəslin incəsənət vasitəsilə özünü ifadə edib, ünsiyyət qurmağa həvəsləndirilməsinə yardım edir. İnanırıq ki, incəsənət və mədəniyyət insanları birləşdirərək, onların ətrafı daha yaxşı başa düşüb qiymətləndirə bilməsinə yardım edə bilər" - deyə Avropa İttifaqının Azərbaycandakı Səfiri Malena Mard bildirib.

Müsabiqədə iştirak etmək üçün Şənbə, 21 may (14.00-17.00) və bazar günü, 22 may (10.00-14.00) 5 yaşdan 15 yaşa qədər uşaqlar Kapellhausa (Ünvan: Kirxa, 28 May küç. 35) yaxınlaşıb, verilən mövzuda şəkil çəkməlidirlər. Bütün lazımi ləvazimatlar Aİ Nümayəndəliyi tərəfindən təqdim olunacaq. Seçim münsiflər heyəti tərəfindən iki yaş kateqoriyası üzrə (5-9 və 10-15) aparılacaqdır. 1-ci və 2-ci yerin qalibləri planşet, 3-ci yerin qalibi kinoteatra 50 manatliq üzvlük kartı qazanacaq. Avropa İttifaqı Nümayəndəliyi bütün iştirakcılara hədiyyə verəcəkdir. Qaliblər 25 may tarixində Aİ-nın Azərbaycandakı Səfiri tərəfindən mükafatlandırılacaq.

Rəsm Müsabiqəsi Kapellhaus-da təşkil olunan “Mən öz adımdan danışa bilmirəm. Sən mənim səsimsən. Bakının küçə heyvanları” adlı xeyriyyə tədbirlərinin bir hissəsi olaraq Avropa İttifaqı Nümayəndəliyi tərəfindən maliyyələşdirilir. 

Son xəbərlər

Orphus sistemi