Astanada Türk Akademiyası yaradılacaq

Astanada Türk Akademiyası yaradılacaq QazaxıstanSenatı müvafiq razılaşmanı ratifikasiya edib
Mədəniyyət siyasəti
2 Oktyabr , 2014 16:39
Astanada Türk Akademiyası yaradılacaq
Bakı. 2 oktyabr. REPORT.AZ/ Qazaxıstan parlamentinin senatının bugünkü plenar iclasında "Türk Akademiyasının yaradılması barədə Razılaşmanın ratifikasiyası haqqında" qanun layihəsi qəbul edilib. "Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Türk Akademiyası türk xalqlarının mədəniyyəti və tarixinin tədqiqi ilə məşğul olacaq.

Qazaxıstanın təhsil və elm naziri Aslan Sarinjipovun sözlərinə görə, Akademiyanın əsas məqsəd və vəzifələri türkçülük sahəsində tədqiqatlar, ümumi türk tarixi və etnoqrafiyanın öyrənilməsinin koordinasiyası və yardımın göstərilməsindən ibarət olacaq.

O qeyd edib ki, təşkilatın yaradılması barədə qərar Azərbaycan, Qırğızıstan və Türkiyə tərəfindən 2012-ci ildə Bişkek şəhərində qəbul olunub. Ölkələr həmin akademiyanın beynəlxalq təşkilat kimi tanınması və onun Astanada yerləşməsi haqqında razılığa gəliblər. Akademiyanın yaradılması və iş qaydası təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi