Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq Bakı. 18 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada oktyabrın 23-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Mədəniyyət siyasəti
18 Oktyabr , 2018 12:12
Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada oktyabrın 23-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. 

Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə  baş tutacaq tədbir konsert proqramı ilə davam edəcək. 

Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. 

Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi