Astanada Müslüm Maqomayevin yaradıcılığına həsr olunan konsert keçirilib

Astanada Müslüm Maqomayevin yaradıcılığına həsr olunan konsert keçirilib Bakı. 25 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan konsert keçirilib.
Mədəniyyət siyasəti
25 Oktyabr , 2018 10:33
Astanada Müslüm Maqomayevin yaradıcılığına həsr olunan konsert keçirilib
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan konsert keçirilib. 

"Report"un məlumatına görə, Astana qubernatorluğunun təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə M.Maqomayevin həyat və yaradıcılığı, parlaq və təkrarolunmaz konsertləri, aktyor kimi təkrarsız rolları barədə danışılıb.

Vurğulanıb ki, müasir musiqi mədəniyyətinin zənginləşməsində M.Maqomayevin müstəsna xidmətləri olub. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaradıb. 

Bildirilib ki, M.Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynayıb. Onun repertuarında 600-dən çox əsər yer tutub.

Azərbaycanda doğulub-böyüyən, təhsil alan bu dahi insan mədəniyyətimizin nailiyyətlərini dünyaya tanıtmışdı. Qazaxıstanın tanınmış vokalçıları da onun yaradıcılığına tez-tez müraciət edir, mahnılarını sevə-sevə oxuyurlar. Qeyd edək ki, M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə uğur qazanıb. O, estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edib. M.Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə birgə çıxışları, eləcə də 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb.  

Bu gün Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram”, “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları”, “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.”, “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” diskləri və s. daxildir.

Konsertdə müğənnilərin repertuarından mahnılar ifa olunub. “İnsanla qalacaq mahnı” adlı musiqili layihədə Qazaxıstanın və beynəlxalq müsabiqələrin laureatları, əməkdar xadimləri çıxış ediblər. Onun repertuarından olan mahnılar alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi