Yuxarı

“Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq

Hindistanda Beynəlxalq Film Festivalı keçiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın “Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq. “Report” xəbər verir ki, film “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə noyabr ayının sonunda göstəriləcək.

Filmin nümayişi görkəmli müğənni, xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Hindistanın Qoa ştatında Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq “Qoa” Film Festivalı keçiriləcək. “Arşın mal alan” filmi də həmin festivalda təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi