Bakı Xanlar Evi yaxın zamanda istifadəyə veriləcək

Bakı Xanlar Evi yaxın zamanda istifadəyə veriləcək Hazırda Bakı Xanlar Evinin bərpa və restavrasiyası və ona yaxın ərazidə yeni parkın salınması prosesi gedir.
Mədəniyyət siyasəti
3 Mart , 2020 12:11
Bakı Xanlar Evi  yaxın zamanda istifadəyə veriləcək

"Hazırda Bakı Xanlar Evinin bərpa və restavrasiyası və ona yaxın ərazidə yeni parkın salınması prosesi gedir". 

"Report"un məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riyad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu proses yaxın zamanlarda başa çatdırılacaq: "İşlər yekunlaşandan sonra Bakı Xanlar Evi və park insanların istifadəsinə veriləcək".

Son xəbərlər

Orphus sistemi