​Ankarada Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub

​Ankarada Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub Şənliklərin keçirildiyi sahədə Azərbaycan Evinin açılışı həyata keçirilib
Mədəniyyət siyasəti
18 İyun , 2016 05:42
​Ankarada Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub

Bakı. 18 iyun. REPORT.AZ/ Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkil etdiyi 7-ci Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində 17 iyun 2016-cı il tarixində Azərbaycan Gecəsi təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə 7-ci Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə Azərbaycan Evinin açılışı həyata keçirilib.

Açılışı Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və səfirliyin müşaviri Ramil Qurbanov həyata keçirib.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

Tədbirin açılış nitqini həyata keçirən Keçiörən rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və səfirliyin müşaviri Ramil Qurbanov öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.

Natiqlər çıxışlar müddətində ənənəvi olaraq keçirilən bu cür şənliklərin Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Nitqlərin ardından qarşılıqlı olaraq tədbir ilə bağlı hədiyyələr təqdim edilib.

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatıb.

Tədbirdə səfirliyin əməkdaşları, Keçiörən ictimaiyyətinin çox sayda nümayəndələri, Ankaradakı diplomatik korpusun rəhbərləri və KİV üzvləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi