Yuxarı
    Bağlamaq

    ​Ancelina Coli İraqda qaçqın düşərgəsində olub

    Əvvəlki səfərimdən sonra humanitar vəziyyətin pisləşməsi heyrətləndirir

    Bakı. 26 yanvar. REPORT.AZ/ Amerikalı aktrisa Ancelina Coli İraq Kürdüstanında yerləşən Dahuk şəhərində suriyalı və iraqlı qaçqınların düşərgəsini ziyarət edib.

    "Report" xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.

    Qeyd olunur ki, Ancelina Colinin BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı İdarəsinin xüsusi elçisi qismində 2014-cü ilin sentyabrında son səfərindən bu yana regionda humanitar vəziyyət Suriya və İraqda gərginliyin artması ilə əlaqədar olaraq kəskin şəkildə pisləşib.

    "Əvvəlki səfərimdən sonra humanitar vəziyyətin pisləşməsi heyrətləndirir. 2014-cü ildə zorakılıq dalğası səbəbindən iki milyondan çox iraqlı öz ev-eşiyini tərk etmək məcburiyyətində qalıb", - deyə Ancelina Coli bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi