Anar Kərimov: "Hamı mədəniyyət sahəsində islahatların aparılmasını gözləyir"

Anar Kərimov: "Hamı mədəniyyət sahəsində islahatların aparılmasını gözləyir" “Prezidentin köməkçisi Anar Ələkbərovun iştirakı ilə bizim ictimai və mədəniyyət xadimləri ilə görüşümüz olub. Orada çox səmimi dialoq oldu”.
Mədəniyyət siyasəti
686
17 Sentyabr , 2020 15:39
Anar Kərimov: Hamı mədəniyyət sahəsində islahatların aparılmasını gözləyir
Anar Kərimov

“Prezidentin köməkçisi Anar Ələkbərovun iştirakı ilə bizim ictimai və mədəniyyət xadimləri ilə görüşümüz olub. Orada çox səmimi dialoq oldu”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, hamı bu sahədə yeniliklərin, islahatların olmasını gözləyir: “Mədəniyyət Nazirliyi bu sahədə daha çox siyasəti müəyyən edən qurum olmalıdır. Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənələrimizin, tariximizin qorunması və onun gələcək nəsillərə ötürülməsidir. Bu sahədə yeni istiqamətlər müəyyən edilib. Strateji istiqamətlərin həll olunmasına problemləri də demək istərdim. Hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmənin daha düzgün formada qurulması üçün Milli Məclisin və onun Mədəniyyət komitəsinin dəstəyinə ehtiyacımız var”.

Son xəbərlər

Orphus sistemi