Anar Kərimov ABŞ-ın Metropoliten muzeyində olub

Anar Kərimov ABŞ-ın Metropoliten muzeyində olub Azərbaycan mədəniyyət naziri Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub.
Mədəniyyət siyasəti
5 May , 2022 15:25
Anar Kərimov ABŞ-ın Metropoliten muzeyində olub

Azərbaycan mədəniyyət naziri Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, muzeyin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib.

Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlığın sahələri barədə danışıqlar aparılıb.

      Son xəbərlər

      Orphus sistemi