Yuxarı
    Bağlamaq

    Ali nümayəndə: “BMT-nin Siviliziyalar Alyansı Azərbaycanla əməkdaşlıqdan qürur duyur”

    “Azərbaycanın sülh istiqamətində addımlar atdığını görürəm”

    Bakı. 4 may. REPORT.AZ/ “BMT-nin Siviliziyalar Alyansı Azərbaycanla əməkdaşlıqdan qürur duyur. Böyüdükcə, inkişaf etdikcə texnologiyalar da inkişaf edir. İnteqrasiya bəzən çaşdırıcı olur. Dialoq sülhə nail olunması üçün çox vacibdir”.

    “Report”un xəbərinə görə, bunu BMT-nin Siviliziyasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Bakıda keçirilən “Mədəniyyətlarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransında deyib.

    O qeyd edib ki, ortaq dəyərlərin paylaşılması çox mühümdür, bu, sülhə rəvac verir: “Mədəniyyətlərarası dialoqu gücləndirmək zorakı qüvvələrə cavab vasitəsidir. Azərbaycanın dünyadakı roluna bələdəm. Sülh istiqamətində addımların atıldığını görürəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi