Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda film festivalı keçiriləcək

Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda film festivalı keçiriləcək Bakı. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano Açıq Hava Film Festivalı” keçiriləcək.
Mədəniyyət siyasəti
6 Sentyabr , 2018 12:50
Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda film festivalı keçiriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano Açıq Hava Film Festivalı” keçiriləcək.

"Report" xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Çelentanonun çəkildiyi ən məşhur və sevilən filmlər nümayiş etdiriləcək: "Blef", "Dəlicəsinə aşiq olan", "Tuz", "İnadkarın ram edilməsi" və "Məxməri əllər".

Açıq hava nümayişləri “Landmark Rotunda Roof Garden"in ətrafında keçiriləcək. Filmlər rus dilində subtitrlərlə orijinal dildə olacaq. Giriş pulsuzdur.

Aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub. O, uzun və müvəffəqiyyətli karyerası ərzində 40 sinql buraxıb və təxminən, 200 milyon nüsxə satıb. Bu, real rekorddur.

A.Çelentano film sənayesində karyerasına 1958-ci ildə Federiko Fellininin “Dolce Vita” filmində rok müğənnisi rolunu ifa edərək başlayıb. O, 1969-cu ildə Pyetro Cerminin “Serafino” filmində baş rola çəkilməklə böyük ekranda uğur qazanıb. Aktyor kimi A.Çelentano əksəriyyəti komediya olmaqla, təqribən, 40 filmdə çəkilib.

Son xəbərlər

Orphus sistemi