Bakı. 7 may. REPORT.AZ/ ABŞ-ın "IFC Films" şirkəti "Əli və Nino" filminin Şimali Amerikada nümayiş etdirilməsi hüququnu əldə edib.
"Report" "The Holywood Reporter"ə istinadən xəbər verir ki, bu haqq filmin dünya bazarında satış hüququna sahib olan "IM Global" və CAA şirkətlərindən alınıb.
"IFC Films"in prezidenti Səid Conatan Sehrinq rəhbərlik etdiyi şirkətin karyaresı boyu emosional filmlər çəkməkdə unikal qabiliyyət nümayiş etdirən Asif Kapadianın işinə heyran olduğunu bildirib.
Qeyd edək ki, Qurban Səidin eyniadlı romanı əsasında lentə alınmış "Əli və Nino" filmi 2016-ci ildə təqdim edilib. Filmdə baş rolları Adam Bakri (Əli Xan Şirvanşah), Mariya Valverde (Nino Kipiani) oynayıb.