Yuxarı
    Bağlamaq

    ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları Marneulidə keçiriləcək Novruz şənliyinə dəvət olunub

    Merab Topçişvili: Azərbaycanlılar Gürcüstan dövlətinin möhkəmlənməsində, müstəqilliyinin qorunmasında, iqtisadi inkişafında mühüm rol oynayırlar© marneuli.gov.ge

    Tbilisi. 13 mart. REPORT.AZ/ ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub, bölgədəki vəziyyət, insanların həyat şəraiti ilə maraqlanıblar.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, Marneuli Bələdiyyəsinin başçısı Merab Topçişvili səfirliyin əməkdaşlarına ətraflı məlumat verib. Bildirib ki, bu gün rayonda 128 min 100 nəfər yaşayır. Onların 86,4 faizini azərbaycanlılar təşkil edir.

    Azərbaycanlılar Gürcüstan dövlətinin möhkəmlənməsində, müstəqilliyinin qorunmasında, iqtisadi inkişafında mühüm rol oynayırlar. Rayon gənclərinin sosial problemləri, onlar üçün məşğulluq və əyləncə mərkəzlərinin yaradılması istiqamətində görülən işlər də diqqət mərkəzində olub.

    Merab Topçişvili azərbaycanlıların mədəniyyəti, adət-ənənələri barədə qonaqlara ətraflı məlumat verib, Novruz bayramının mahiyyətindən danışıb. Bu bayramın baharın gəlişi ilə yanaşı, insanlar arasında birlik, bərabərlik bayramı olduğu xüsusi qeyd olunub.

    Səfirliyin əməkdaşları martın 21-də Marneulidə keçiriləcək Novruz şənliyinə dəvət olunublar.

    Qonaqlara bayram hədiyyələri təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi