ABŞ-da Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib

ABŞ-da Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib San-Fransisko Caz Mərkəzində keçirilən konsertdə 500-dən çox tamaşaçı iştirak edib
Mədəniyyət siyasəti
8 Fevral , 2016 10:29
ABŞ-da Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın San-Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin "Rəqs" əsərinin premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, 500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San-Fransisko Caz Mərkəzində baş tutub.

Baş Konsulluğun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. 

Son xəbərlər

Orphus sistemi