Abel Məhərrəmov Türkan Şoraya BDU-nun qızıl medalını təqdim edib

Abel Məhərrəmov Türkan Şoraya BDU-nun qızıl medalını təqdim edib Rektor: "Türkan Şoray öz sənətinin sultanıdır"
Mədəniyyət siyasəti
10 Dekabr , 2015 15:09
Abel Məhərrəmov Türkan Şoraya BDU-nun qızıl medalını təqdim edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüş keçirilib. BDU-dan "Report"a verilən xəbərə görə, tədbir iştirakçılarını salamlayan rektor Abel Məhərrəmov Türkan Şorayı unversitetdə görməkdən məmnunluğunu ifadə edib. 

Rektor bildirib ki, əsli Azərbaycandan olan aktrisa kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır: "Bir sözlə o, öz sənətinin sultanıdır".

Rektor çıxışının sonunda aktrisaya "Universitetin ən böyük dostu" mükafatını və qızıl medalını təqdim edib. Aktrisanın qızı, T.Şorayın rejissoru olduğu "Uzaqlarda arama" filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.

Türkan Şoray çıxışı zamanı universitetdə olmaqdan böyük həyəcan və məmnunluq hissi keçirdiyini qeyd edib: "BDU-nun kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı. Sizinlə bir arada olmaq, enerjinizi hiss etmək son dərəcə gözəl duyğudur".

Azərbaycan xanımlarının gözəlliyindən danışan T.Şoray "Mən də sizə oxşayıram" deyərək auditoriyanın alqışlarını qazanıb. 

Tədbirin davamında Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi