​2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub

​2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında elan edib
Mədəniyyət siyasəti
123
10 Yanvar , 2016 16:31
​2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub

Bakı. 10 yanvar. REPORT.AZ/ 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevyanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında elan edib.

Dövlət başçısı yekun nitqində 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib.

Prezident ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.