Yuxarı

Zukerberq Roma Papasına PUA hədiyyə edib

Mark Zukerberq: Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik

Bakı. 30 avqust. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Roma Papası Fransisk ilə görüşdə ona qeyri-adi hədiyyə təqdim edib. Belə ki, hədiyyə hətta dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) olub.

"Report" xəbər verir ki, bu barədə M.Zukerberqin özü "Facebook" səhifəsində yazaraq Papa ilə şəklini paylaşıb.

"Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisiylə işləyən "Aquila" modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq", - deyə M.Zukerberq yazıb.

O, bu görüşü heç vaxt unutmayacaqlarını və həyat yoldaşı ilə birlikdə Papanın insanlara yardım haqqında necə dərindən düşündüyünü hiss etdiklərini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi