Yuxarı

​Zaqatala sakini -15 dərəcə şaxtada çaya baş vurub - FOTO - VİDEO

O, suya girməzdən əvvəl qar vannası qəbul edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Zaqatala sakini -15 dərəcə şaxtada dağ çayına baş vurub.

"Report" xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib.

Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib. Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, "Ginnesin Rekordlar Kitabı"na düşmək arzusunda olduğunu dilə gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi