Yunanıstanda Yeni il münasibəti ilə 70 metr uzunluğunda tort bişirilib

Yunanıstanda Yeni il münasibəti ilə 70 metr uzunluğunda tort bişirilib Üç gün ərzində onun hazırlanması üzərində təqribən 40 aşpaz işləyib
Maraqlı
31 Dekabr , 2017 08:47
Yunanıstanda Yeni il münasibəti ilə 70 metr uzunluğunda tort bişirilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada gəlməkdə olan 2018-ci il münasibəti ilə çəkisi 2,5 kiloqram olan nəhəng tort bişirilib.

“Report” "Sinxua" agentliyinə istinadən xəbər verir ki, desert bütün arzu edənlərə pulsuz paylanıb.

Tortun uzunluğu 70, eni isə 3 metr təşkil edib.

Üç gün ərzində onun hazırlanması üzərində təqribən 40 aşpaz işləyib.

Son xəbərlər

Orphus sistemi