​ABŞ-da yük maşınının sürücüsü lotereyada 153 mln. dollar udub

​ABŞ-da yük maşınının sürücüsü lotereyada 153 mln. dollar udub 52 yaşlı Stiven Pelokin vergiləri ödədikdən sonra 92 mln. dollar alacaq
Maraqlı
31 İyul , 2015 06:17
​ABŞ-da yük maşınının sürücüsü lotereyada 153 mln. dollar udub

Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatından olan sürücü lotereyada 153 mln. dollar udub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər yayıb.

Qanuna görə, yük maşınını idarə edən 52 yaşlı Stiven Pelokin vergiləri ödədikdən sonra 92 mln. dollar alacaq.

O, uduşlu bileti yük avtomobili dayanacaqlarının birindən aldığını deyib.

Xoşbəxt bileti satan Pensilvaniya ştatında, Miltonda yerləşən yük avtomobilləri stansiyası 100 min dollar mükafat alacaq.

Bu, Pensilvaniya ştatının tarixində dördüncü bu cür iri uduşdur.

Pelokinin sözlərinə görə, o, indi işini ataraq ailəsi ilə birlikdə daha çox vaxt keçirə biləcək. 

Son xəbərlər

Orphus sistemi