Yoxsul ölkələrin istifadə edə biləcəyi ucuz mikroskop ixtira olunub

Yoxsul ölkələrin istifadə edə biləcəyi ucuz mikroskop ixtira olunub Qurğu xəstəliklərin diaqnostikasında həkimlərə əhəmiyyətli dərəcədə kömək edəcək
Maraqlı
21 Oktyabr , 2015 21:46
Yoxsul ölkələrin istifadə edə biləcəyi ucuz mikroskop ixtira olunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Yoxsul ölkələrin istifadə edə biləcəyi ucuz mikroskop ixtira olunub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ixtira amerikalı elm adamları tərəfindən edilib.

Müəllif Tomaz Tkazik bildirib ki, əsas məqsəd dolanışıq səviyyəsi aşağı olan regionlarda xəstəliklərin diaqnozu üçün böyük əhəmiyyətə malik testlərin daha ucuz başa gəlməsini təmin etməkdir: "Həkimlər yalnız mikroskopun köməkliyi ilə xəstənin hüceyrələrinə baxaraq mühüm tibbi biliklərə nail olurlar. Misal olaraq, bu gün gündəmdə ağ qan hüceyrələrinin səbəb olduğu sümük iliyi çatışmazlığı və İİV infeksiyasıdır. Ona görə də həkimlər qanda olan hüceyrələri araşdıraraq xərçəng xəstəliyini daha asan təsbit edə bilərlər".

Genetik tədqiqatların çox bahalı olduğuna diqqət çəkən alim, bu cür laboratoriyaların olmadığı yoxsul rayonlarda mikroskopun xəstəliklərin diaqnostikasında həkimlərin əhəmiyyətli dərəcədə köməyinə gələcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi