Yuxarı

​"YouTube" yeni dizaynı sınaqdan keçirir

Axtarış xətti və menyu düyməsi Googlenin başqa proqramlarında olduğu kimi aydın görünəcək

Bakı. 2 May. REPORT.AZ/ "YouTube" saytın yenilənmiş dizaynını yoxlayır. "Report"un məlumatına görə, bu haqda "Android Police" xəbər yayıb.

Xəbərdə bildirilir ki, yeni versiyanın dəyişdirilmiş dizaynı hazırda istifadəçilərin kiçik qrupu arasında sınaqdan keçirilir.

Qeyd olunur ki, axtarış xətti və menyu düyməsi "Google"nin başqa proqramlarında olduğu kimi aydın görünəcək. Amma videonun yükləməsi düyməsi əqrəb işarəsi ilə əvəz ediləcək.

Həmçinin "YouTube"un ümumi görünüşü də dəyişəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi