Yuxarı

YouTube-da ödənişli abunə xidməti yarana bilər

YouTube istifadəçiləri üçün abunə qiyməti hələlik məlum deyil

Baku. 9 aprel. REPORT.AZ/ ABŞ-ın Google korporasiyası YouTube videohostinqi üçün abunə xidmətini işə sala bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, abunə istifadəçilərinə onlayn-videonun izlənməsi zamanı reklam vermək imkanı yaradılacaq. 

Ödənişli abunə 2015-ci il ərzində işə salına bilər. 

Reklamdan qazanılan gəlirin bir hissəsini əldə edən və YouTube üçün videoçarxlar hazırlayan istehsalçılara   göndərilən elektron məktubda aylıq abunə haqqı əsasında reklamsız roliklərin izlənməsi xidmətinin işə salınması haqqında məlumat verilir. Videoçarxların istehsalçıları gəlirlərini abunə haqqından əldə edəcəklər, lakin sənəddə YouTube istifadəçiləri üçün abunə haqqı məbləğinin nə qədər olacağı qeyd olunmayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi