Yuxarı
    Bağlamaq

    Yer üzərində ən qədim orqanizm aşkar edilib

    Təxminən 3770-4280 milyon il əvvəl Yer üzündə yaşamış bakteriyaların izlərinə Nuvvuaqittukanın süxurlarında rast gəlinib

    Bakı. 1 mart. REPORT.AZ/ Paleobioloqlardan ibarət beynəlxalq kollektiv Yer üzündə həyatın ən qədim daşlaşmış qalıqlarını aşkar edib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma "Nature" jurnalında nəşr olunub.

    Təxminən 3770-4280 milyon il əvvəl Yer üzündə sualtı hidrotermal mənbələrin yaxınlığında yaşamış bakteriyaların izlərinə dünyanın ən qədim qayası olan Nuvvuaqittukanın süxurlarında rast gəlinib.

    Alimlər araşdırma üçün götürdükləri nümunələrdə boru və lifli strukturlar, eləcə də dəmir oksid və karbonatların qranullarını aşkar ediblər və bununla süxurların keçmişdə bioloji fəallıqla əlaqəli olması qənaətinə gəliblər.

    Bioloqlar hesab edirlər ki, mövcud məlumatlar təxminən 3,7 milyard il əvvəl mikroorqanizmlərin demək olar bütün okean boyu yayıldığını göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi