Yuxarı

Yeni Zelandiyada iki qozbel balina özünü sahilə atıb - VİDEO

Yeni Zelandiyada iki qozbel balina özünü sahilə atıb - VİDEO
Onların hər birinin uzunluğu 6 metrə çatır

Bakı. 5 avqust. REPORT.AZ/ Yeni Zelandiyanın Darqvill şəhərində iki qozbel balina özünü sahilə atıb.

"Report" "Stuff" nəşrinə istinadən xəbər verir ki, hazırda insanlar onları xilas etməyə çalışırlar.

Şahidlərin sözlərinə görə, balinaların hər birinin uzunluğu 6 metrə çatır. Nəhəng dəniz məməlilərini ər və arvad sahildə gəzinti zamanı aşkar edib.

Qabarma zamanı onları xilas etmək mümkün olmayıb. Xilasetmə əməliyyatı avqustun 6-da davam etdiriləcək. Əməliyyata könüllülər, "Project Jonah" dəniz məməlilərinin xilas edilməsi təşkilatı və təbiətin mühafizəsi departamentinin əməkdaşları cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi