Yeni Zelandiyada polis sıralarına yeni əməkdaş - pişik cəlb edilib

Yeni Zelandiyada polis sıralarına yeni əməkdaş - pişik cəlb edilib "Tia" yalnız 30 dəqiqə işləyir, qalan vaxtda yatır
Maraqlı
9 Oktyabr , 2017 08:21
Yeni Zelandiyada polis sıralarına yeni əməkdaş - pişik cəlb edilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Yeni Zelandiyada polis sıralarında xidmət etmiş əfsanəvi dəniz siçanı "Elliot"un ölümündən bir ay keçdiyindən onun əvəzinə "Tia" ləqəbli pişiyi işə götürülüb.

"Report" xəbər verir ki, bu barədə "NZ Herald" məlumat yayıb.

Bu əvəzetmənin layiqli olduğu bildirilir, pişiyin isə çox gözəl işçi olduğu qeyd olunur.

"Tia" polis əməkdaşlarını yumşaldaraq və "Elliot"un həlak olmasından sonra qalmış boşluğu doldurmağa kömək edərək, yalnız 30 dəqiqə işləyir, qalan vaxtda isə yatır.

Polisin mətbuat xidmətindən qeyd ediblər ki, yuxunun pişik üçün ən xoş məşğuliyyət olmasına baxmayaraq, o, öz vəzifələrini ləyaqətlə icra edir.

"Tia bizim əməkdaşlarımıza bəzi araşdırmaları keçirməyə kömək edir. O inzibatçılığı və sənədləri çox yaxşı anlayır", - asayiş keşikçiləri bildiriblər.

Son xəbərlər

Orphus sistemi