Yuxarı

Yeni "Terminator" filmində çəkiləcək aktyorun kimliyi məlum olub - FOTO

Yeni "Terminator" filmində çəkiləcək aktyorun kimliyi məlum olub - FOTO

Bakı. 15 aprel. REPORT.AZ/ Rejissor Tim Miller Terminator haqqında çəkiləcək yeni filmdə Arnold Şvarseneggeri əvəz edəcək aktyorun adını açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rejissor "Deadline" nəşrinə müsahibəsində bildirib.

O, qeyd edib ki, növbəti filmdə 35 yaşlı amerikalı aktyor Qabriel Luna çəkiləcək. Filmin çəkilişlərinə yayda başlanılacaq. Onun ssenarisi məxfiləşdirilib.

Filmin premyerası 2019-cu ilin 22 noyabrında keçiriləcək.

Qeyd edək ki, əvvələr ekranlaşdırılmış "Terminator" filmlərində Arnold Şvarsenegger çəkilib. 70 yaşlı aktyor bu yaxınlarda açıq ürək əməliyyatı keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi