Yuxarı

Yeni ildə dünya əhalisinin sayı 7.29 milyard nəfərə çatacaq

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,08% artım deməkdir

Bakı. 30 dekabr. REPORT.AZ/ Yeni ilin ilk günündə Yer kürəsində 7,295,889,256 əhali yaşayacaq. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Statistika Bürosu məlumat yayıb.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 77,918,825 nəfər, yəni 1,08% artım deməkdir. 2100-cü ildə isə dünyada əhalinin sayı 10-11 milyardı ötəcəkdir.

Məlumatda o da bildirilir ki, 2016-cı il yanvarın 1-də ABŞ-da 322 milyon 762 min nəfər insan yaşayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi