Yuxarı

​Yeni 10 dollarlıq əsginasın üzərində qadın şəkli təsvir olunacaq

Qadın təsviri 2020-dən başlayaraq 10 dollarlıq əsginas üzərində əks olunmağa başlayacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Qadın təsviri 2020-dən başlayaraq 10 dollarlıq əsginas üzərində əks olunmağa başlayacaq. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Maliyyə naziri Ceykob Lyu bildirib.

Eyni zamanda, D. Lyu əsginasın üzərində dəqiq kimin təsvir olunacağını açıqlamayıb.

"10-dollarlıq əsginasın üzərində qadın şəklinin həkk olunması qərarı bizim gələcəyə ümidlərimizi və keçmişin xatirələrini əks etdirir ", - Lyu bildirib. Hal-hazırda 10 dollarlıq əsginasının üzərində ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamiltonun portreti həkk olunub.

Lyu qeyd edib ki, əsginasın dizaynının dəyişdirməsi qərarı müəyyən səbəblərə görə hələ 2013-ci ildə qəbul olunmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi