Yuxarı

Yaponiyanın "Funai" şirkəti dünyanın ən son videokaset istehsalını dayandırır

Şirkət rəhbərliyi qərarını komponentlərin tapılmasındakı çətinliklə izah edib

Bakı. 22 iyul. REPORT.AZ/ Dünyanın ən son videokaset istehsalçısı olan Yaponiyanın "Funai Corporation" şirkəti istehsalı dayandırmaq niyyətində olduğunu bəyan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, zavod fəaliyyətini tam olaraq iyulun sonunda dayandıracaq. Şirkət rəhbərliyi qərarını komponentlərin tapılmasındakı çətinliklə izah edib.

Şirkətin məlumatına görə, 2015-ci ildə yalnız 750 min videokaset satılıb.

Qeyd edək ki, ötən əsrin 50-ci illərinin inqilabi texnologiyası olan videokasetlər bir neçə onilliklər əvvəl milyonlarla satılsa da, hazırda onlara tələbat demək olar, yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi