Bakı. 9 yanvar. REPORT.AZ/ Yaponiyalı astronavt Norişiqe Kanainin boyu üç həftə ərzində kosmosda 9 sm uzanıb.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
"Bir az narahatam, görəsən, "Soyuz"un kreslosuna yerləşəcəm, ya yox", - N.Kanai zarafatla qeyd edib.
Astronavt bildirib ki, məktəb yaşlarından sonra ilk dəfədir kosmosda olduğu müddətdə boyu uzanıb.