Yaponiyada pişiklər üçün mebel kolleksiyası hazırlanıb

Yaponiyada pişiklər üçün mebel kolleksiyası hazırlanıb Bakı. 4 aprel. REPORT.AZ/ Yaponiyanın Craftsman Made şirkəti Fukuoka prefekturasının mebel sənayesini canlandırmaq qərarına gəlib.
Maraqlı
4 Aprel , 2018 04:55
Yaponiyada pişiklər üçün mebel kolleksiyası hazırlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Yaponiyanın "Craftsman Made" şirkəti Fukuoka prefekturasının mebel sənayesini canlandırmaq qərarına gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, cəmiyyətin pişiklərə, həmçinin ev heyvanlarına sevgisinə yaxından bələd olan şirkət öz ustalarının gücünü pişiklər üçün kiçik mebellərin istehsalına yönəldib.

Lakin bunlar adi evciklər və platformalar deyil. Xüsusi ağacdan istehsal edilmiş bu zərif mebel tam ölçülü modellərin dəqiq azaldılmış surətidir.

Yüksək keyfiyyətli pişik mebeli istehsalçının saytında əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi