​Yaponiyada insanabənzər robotların ilk partiyası bir dəqiqə ərzində satılıb

​Yaponiyada insanabənzər robotların ilk partiyası bir dəqiqə ərzində satılıb Robot Pepper danışır, insanla söhbət edir, üz ifadələrini anlayır və onun əhvali-ruhiyyəsinə reaksiya verir
Maraqlı
20 İyun , 2015 11:33
​Yaponiyada insanabənzər robotların ilk partiyası bir dəqiqə ərzində satılıb

Bakı. 20 iyun. REPORT.AZ/ İnsanabənzər robotların 1000 nüsxədən ibarət ilk partiyası Yaponiyada bir dəqiqə ərzində satılıb. Bu barədə "Report" Qazeta.Ru-ya istinadən xəbər verir.

Aldebaran Robotics SAS ilə birgə hazırlanan Pepper robotu danışır, insanla söhbət edir, üz ifadələrini anlayır və onun əhvali-ruhiyyəsinə reaksiya verir, eləcə də evdə sadə tapşırıqları yerinə yetirərək sahibinə kömək edə bilir.

Belə bir robotun dəyəri 213 min 840 yen (1,8 min dollar) təşkil edir.

Zəruri proqram təminatı və xidmətlərlə birlikdə hər robot üç il ərzində 956.448 yen (təxminən 8min ABŞ dolları) məbləğinə başa gələcək. 

Son xəbərlər

Orphus sistemi