Yuxarı

Yaponiyada dünyanın ən qoca cütlüyündən biri vəfat edib - FOTO

Yaponiyada 81 il 201 gün ailə həyatı sürmüş cütlüklərdən biri ölüb

Yaponiya sakini, dünyanın ən uzunömürlü cütlüklərindən biri Masao Maçumomto 108 yaşında vəfat edib.

Bu barədə "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, o, Kaqava prefekturasının Takamaçu şəhərində, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, Masao ölümünə qədər həyat yoldaşı Miyako ilə birlikdə 81 il 201 gün ailə həyatı sürüblər.

Onlar hər ikisi cənub-qərbi Oita prefekturasında doğulublar. Nikah müddətində cütlüyün 5 qızı dünyaya gəlib. Masao və Miyakonun həmçinin 13 nəvəsi, 25 nəticəsi var.

Onlar ən uzunömürlü ailə kimi 2018-ci ildə Ginnesin "Rekordlar" kitabına düşüblər. Cütlük bu göstəricilərlə əvvəllər dünya rekorduna imza atmış norveçli Karl Qurdren Dolven cütlüyünü 57 gün qabaqlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi