​Yaponiya səmasında eyni anda 10 UNO görünüb - VİDEO

​Yaponiya səmasında eyni anda 10 UNO görünüb - VİDEO Oxşar obyektlər ötən ay London səmasında da görünüb
Maraqlı
30 İyul , 2015 06:00
​Yaponiya səmasında eyni anda 10 UNO görünüb - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ Müəllifinin dediyinə görə, bu videoda Yaponiyanın Osaka şəhəri üzərində səmada baş verənlər əksini tapıb. İki dəqiqə davam edən video "YouTube"da yerləşdirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər oxşar obyektlərin ötən ay London səmasında da göründüyünü qeyd edirlər.

Lakin o zaman UNO-ların tez bir zamanda səmada gözdən itərək yoxa çıxdığı bildirilir.

Osakada yerli vətəndaşlar səmada eyni vaxtda 10 naməlum uçan obyekt müşahidə ediblər.

Videogörüntüdə bir neçə parıldayan obyekt nəzərə çarpır, onlar gah bir-birinə yaxınlaşır, gah da müxtəlif tərəflərə səpələnirlər.

Onlayn məkanda parıldayan obyektlərin təbiəti haqqında müxtəlif fikirlər səslənir. Bəzi istifadəçilər obyektlərin Yaponiyada tez-tez səmaya buraxılan hava şarları olduğunu deyirlər. 

Son xəbərlər

Orphus sistemi