Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb

Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb Mikroavtobus 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək
Maraqlı
12 Mart , 2018 06:53
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb

Bakı. 12 mart. REPORT.AZ/ Yaponiya Poçt Xidməti Tokionun mərkəzi küçələrində bağlama, məktub və digər yazışmaların daşınması üçün pilotsuz avtomobilləri sınaqdan keçirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Xüsusi hazırlanmış "Toyota Estima" mikroavtobusu martın 16-dək 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək.

"Bu trassa mərkəzi poçtamt ilə Tokio baş dəmiryol vağzalını və Qindzanın mərkəzi məhəlləsindəki poçt şöbəsini birləşdirir", — deyə idarə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, pilotsuz maşında sınaq zamanı sürücü olacaq və zərurət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürəcək.

Pilotsuz avtomobil sınaq zamanı böyük şəhərin son dərəcə gərgin küçələrində təhlükəsiz hərəkət etmək bacarığını sübuta yetirməldir.

Son xəbərlər

Orphus sistemi