Yuxarı

​Xorvatiyada 3 dəqiqəlik aviareys istifadəyə verilib

Uçuş bileti cəmi 19 avroyadır

Bakı. 15 oktyabr. REPORT.AZ/ Xorvatiyanın Split şəhərində şəhər mərkəzi ilə beynəlxalq hava limanı arasında aviareys istifadəyə verilib.

"Report" xəbər verir ki, aviareys 3 dəqiqə davam edir, biletin qiyməti təqribən 19 avrodur.

Daşıyıcı Xorvatiyanın materik hissəsi ilə ətraf adalar arasında hava yolu şəbəkəsini genişləndirməklə məşğul olan "European Coastal Airlines" (ECA) aviaşirkətidir.

ECA Korçula, Loşin, Lastovo, Xvar və Rab adalarına uçuşlar təşkil edir.

Hazırda dünyada rəsmi olaraq tanınan ən qısa aviareys Şotlandiyanın iki Orkney adası (Vestrey və Papa Vestrey) arasında təşkil olunan uçuş hesab olunur. Adalar arasında məsafə 2,5 km-dən bir qədər çoxdur. Təyyarə bu məsafəni cəmi 2 dəqiqəyə qət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi