Xizəkçilər komandası Bakıdan Soçiyə ekspedisiya həyata keçirəcək

Xizəkçilər komandası Bakıdan Soçiyə ekspedisiya həyata keçirəcək Ekspedisiya üzvləri Bazardüzü zirvəsinə qalxıblar
Maraqlı
13 Aprel , 2017 14:54
Xizəkçilər komandası Bakıdan Soçiyə ekspedisiya həyata keçirəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyadan və Fransadan olan yeddi xizəkçidən ibarət və Bakıdan Soçiyə ekspedisiya həyata keçirəcək komanda Elbrus dağına qalxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ekspedisiya Bakıdan bu ilin fevral ayında səyahətə çıxıb və mayın əvvəlində Soçiyə çatmağı planlaşdırır.

Böyük Qafqaz sıra dağlarında tam travers 1425 km təşkil edir. Komanda xizəklər və velosipedlər ilə Azərbaycandan Gürcüstan vasitəsilə Şimali Qafqaza çatıb.

Marşruta hər ölkənin ən hündür zirvəsinə - Bazardüzü (4466 m, Azərbaycan), Kazbek (5033 m, Gürcüstan / Rusiya), Elbrus (5642 m, Rusiya) qalxmaq, 20 zirvə fəth etmək və 80 aşırım aşmaq daxildir.

Son xəbərlər

Orphus sistemi