​Xilasetmə işlərində kiborq tarakanlar tətbiq oluna bilər

​Xilasetmə işlərində kiborq tarakanlar tətbiq oluna bilər Tarakanlar xüsusi modul vasitəsilə səs gələn tərəfə hərəkət edmək iqtidarındadırlar
Maraqlı
9 Noyabr , 2014 10:50
​Xilasetmə işlərində kiborq tarakanlar tətbiq oluna bilər

Bakı. 9 noyabr. REPORT.AZ/ Şimali Korolina ştatı Universitetinin (ABŞ) tədqiqatçıları Madaqaskar tarakanlarını səsin gəldiyi tərəfə doğru hərəkət etmək iqtidarında olan kiborqlara çeviriblər.

"Report" xəbər verir ki, perspektivdə bu cür həşəratlardan təbii və ya texnogen qəzalar nəticəsində dağıntılar altında qalan insanların axtarışı üçün istifadə oluna bilər.

Məlumata görə, tarakanı idarə etmək üçün onun kürəyinə mikrokontroller və simsiz rabitə ötürücüsü ilə təchiz edilmiş ucuz elektron modul yerləşdirilir. Həşəratın bığlarının yerinə isə onu sağa və sola və arxaya yönləndirən elektrodlar qoyulur. Və beləcə tarakanlar səs gələn tərəfə rahat şəkildə hərəkət etmiş olurlar.

Güman edilir ki, səs ilə dağıntılar altında qalan insanlara çatan həşəratlar öz vəziyyəti barədə idarəetmə mərkəzinə məlumat ötürə biləcək.

Bu şəkildə, xilasedicilər zərərçəkənin harada olduğunu müəyyən edə və ona lazımi yardımı göstərə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi