Yuxarı

“Volvo”dan “4 mərtəbəli” yük maşını reklamı - VİDEO

​“Volvo”dan “4 mərtəbəli” yük maşını reklamı

“Volvo” şirkəti yeni modellərin reklam çəkilişləri üçün unikal konstruksiya düzəldib.

“Report” xəbər verir ki, İsveç istehsalçısı reklam çarxında bir dəfəyə 4 yenilikdən bəhs etmək istəyib.

FH, FH16, FM və FMX modellərinin buraxılışı ilə əlaqədar qeyri-adi reklam çəkilişi olub.

Məlumata görə, mütəxəssislər reklamın tərtibatına 1 aydan çox vaxt sərf ediblər. Çəkilişlər İsveçin Göteburq şəhərində aparılıb.

Yük maşınlarından ibarət “qüllə”nin hündürlüyü 15 metr təşkil edib. Konstruksiyanın ümumi çəkisi isə 58 ton olub.

Qeyd edək ki, “Volvo” şirkətinin ən məşhur reklamı Jan-Klod Van Dammın iki yük maşını arasında “şpaqat” açdığı reklam çarxı sayılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi