VIII əsrə aid İncilin Türkiyədən çıxarılmasının qarşısı alınıb

VIII əsrə aid İncilin Türkiyədən çıxarılmasının qarşısı alınıb Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyə polisi Diyarbəkir əyalətinin Kayapınar rayonunda bir qrup qaçaqmalçını saxlayıb. Onların üzərinə baxış zamanı VIII əsrə aid olduğu ehtimal edilən Bibliya aşkar edilərək götürülüb.
Maraqlı
6 Fevral , 2019 06:44
VIII əsrə aid İncilin Türkiyədən çıxarılmasının qarşısı alınıb

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyə polisi Diyarbəkir əyalətinin Kayapınar rayonunda bir qrup qaçaqmalçını saxlayıb. Onların üzərinə baxış zamanı VIII əsrə aid olduğu ehtimal edilən Bibliya aşkar edilərək götürülüb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, saxlanılan 3 nəfər Bibliyanı satmaq məqsədi ilə ölkə xaricinə aparmaq istəyib.

Polis onların dindirilməsindən sonra unikal kitabın satışına cəhddə əli olan daha 3 nəfəri yaxalayıb.

Bildirilir ki, 1200 yaşı olan Bibliya dəri üzə və qızıl basmanaxışa malikdir.

Son xəbərlər

Orphus sistemi