Venesuela paytaxtında metro kağız yoxluğu səbəbindən ödənişsiz olub

Venesuela paytaxtında metro kağız yoxluğu səbəbindən ödənişsiz olub Bakı. 1 iyun. REPORT.AZ/ Venesuelada keçid biletləri hazırlamaq üçün zəruri olan kağız yoxluğu səbəbindən paytaxt Karakas şəhərində metro ödənişsiz olub.
Maraqlı
1 İyun , 2018 15:52
Venesuela paytaxtında metro kağız yoxluğu səbəbindən ödənişsiz olub
getty
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Venesuelada keçid biletləri hazırlamaq üçün zəruri olan kağız yoxluğu səbəbindən paytaxt Karakas şəhərində metro ödənişsiz olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hökumət paytaxt metropolitenini 53 stansiyasının turniketlərini açmağa və sərnişinləri bilet olmadan buraxmağa məcbur edib.

Baş verənlər ölkəyə metro avadanlıqlarının istehsalı, o cümlədən biletlər hazırlanması üçün zəruri olan xammalın tədarükünün  dayandırılması ilə bağlıdır.

Qeyd edək ki, Venesuela ağır iqtisadi böhran şəraitindədir və nəqliyyat sistemi də daxil olmaqla xərclərə qənaət etmək məcburiyyətində qalıb. Paytaxt Karakasda hər gün 2 milyondan çox insan metrodan istifadə edir.

Son xəbərlər

Orphus sistemi